Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan təbii qaz

Türkiyədə bir ay ərzində ödənişsiz veriləcək təbii qazın dəyəri 40 milyard lirə olaraq hesablanıb

Bakı, TurkicWorld:

Türkiyədə 19,7 milyon abunəçi ödənişsiz təbii qazdan yararlanacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ində bildirilib.

Məlumata əsasən, əhaliyə 1 ay ərzində ödənişsiz veriləcək təbii qazın dəyəri 40 milyard lirə olaraq hesablanıb.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və yaxın zamanda bu qaz türk xalqının ixtiyarında olacaq.

Aprelin 19-da Türkiyənin Qaradəniz təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20-də Qara dəniz qazının istismara verilməsi mərasimində təbii qazın əhaliyə 1 ay ərzində ödənişsiz veriləcəyini bildirib.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər