Erməni diasporası toplumun modern və mədəni dünyaya inteqrasiyasına ciddi əngəldir - Türkiyə PA (ÖZƏL)

Erməni diasporası toplumun modern və mədəni dünyaya inteqrasiyasına ciddi əngəldir - Türkiyə PA (ÖZƏL)

Bakı, TurkicWorld:

Ermənistan Türkiyə ilə normallaşma prosesində addım atmaqda maraqlı görünmür.

Bu haqda TurkicWorld -a Türkiyə Prezident Aparatından bildiriblər.

Türkiyə prezident administrasiyasından bildirilib ki, təəssüflər olsun ki, Ermənistan hakimiyyəti 1915-ci il hadisələri ilə bağlı müstəqil olaraq, erməni diasporasının diktəsindən kənar hərəkət edə bilmir.

“Ermənistanın və eləcə də erməni diasporasının hələ də tarixin isbat olunmamış dərinliyində qurdalanması ciddi problemdir. Bu toplumun modern və mədəni dünyaya inteqrasiyasına ciddi əngəldir” – deyə Türkiyə PA - dan bildirilib.

Türkiyə Prezindet administrasiyasında o da qeyd edilib ki, Türkiyə əsla öz tarixindən utanmır, çünki tarix boyu haqq və ədaləti dəstəkləyib.