Türkiyədə terror səbəbi ilə inkişafdan geri qalan ərazilərimiz Ərdoğan sayəsində dirçəldi - Süleyman Soylu

Türkiyədə terror səbəbi ilə inkişafdan geri qalan ərazilərimiz Ərdoğan sayəsində dirçəldi - Süleyman Soylu

Bakı, TurkicWorld:

Terror səbəbi ilə inkişafdan geri qalan şərq ərazilərimiz prezident Rəcəb Tayyib Ərdoğan sayəsində dirçəldi, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir onu da qeyd edib ki, Türkiyənin illərdir ən böyük hədəfini, inflyasiyanın 5 faizdən olmasını məhz Ədalət və İnkişaf Partiyası (AK Parti) reallaşdırıb.

Qeyd edək ki, Süleyman Soylu aprelin 17-də "29 aprel 2023-cü il tarixinə qədər Türkiyə dağlarında terrorçu qalmayacaq" deyə açıqlama vermişdi.

Ləman Əsədli

Twitter: lamanasadli01