Son dəqiqə

Türkiyə İstanbul Bakı Mustafa Varank İzmir

Türkiyədə İzmir-İstanbul-Bakı Meqa Texnologiya Dəhlizinin açılış mərasimi keçirilib

Bakı, TurkicWorld

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və Gənclər və İdman Naziri Mehmet Muharrem Kasapoğlunun iştirakı ilə İzmir şəhərində İzmir-İstanbul-Bakı Meqa Texnologiya Dəhlizinin açılış mərasimi keçirilib.

TurkicWorld xəbər verir ki, Mustafa Varank bildirib ki, müraciət edəcək pre-inkubasiya və inkubasiya şirkətlərindən ilin sonuna qədər heç bir ödəniş tələb edilməyəcək.

"Meqa Texnologiyalar Dəhlizi beynəlxalq arenaya qədər uzandı və Bakıya qədər genişləndi. Bu dəhlizlə Kocaeli, İstanbul, İzmir və Bakı arasında texnoloji və iqtisadi əlaqələr inkişaf edəcək, qarşılıqlı təcrübə mübadiləsi güclənəcək. Yeni texnologiyaların, məhsulların və xidmətlərin istehsalına töhfə verən əməkdaşlıq və tərəfdaşlıq təşviq ediləcək", - deyə nazir əlavə edib.

Qeyd edək ki, İzmir İnformatika vadisinin 2022-ci ilin mart ayında əsası qoyulub.

Ləman Əsədli

lamanasadli01

Mövzuya görə xəbərlər