Bakı. TurkicWorld:
700 minə yaxın türk vətəndaşı xaricdə prezident seçkilərində səsvermədə iştirak edəcək.
TurkicWorld-un məlumatına görə, Türkiyənin Ali Seçki Şurası (YSK) xaricdə səs verən seçicilərin sayını 697 min 577 nəfər olacağını qeyd edib.
Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.