Türkiyədə TEKNOFEST çərçivəsində HackMasters yarışmasına start verilib

Türkiyədə TEKNOFEST çərçivəsində HackMasters yarışmasına start verilib

Bakı, TurkicWorld:

Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank Aviasiya kosmik və Texnologiya festivalı-TEKNOFEST çərçivəsində HackMasters yarışmasının keçirilməsinə start verib.

TurkicWorld xəbər verir ki, festival çərçivəsində HackMasters müsabiqəsində hakerlər yarışacaq.

Məlumata əsasən, yarışmaçılar evdə istifadə edilən televizor, fotoaparat, soyuducu, soba və digər cihazları hackəyərək, zəiflikləri tapmağa çalışacaqlar. Bütün bu prosesləri uğurla başa vuranlar 100 min lirə qazanacaq.

"Məqsədimiz Türkiyənin informasiya texnologiyaları sahəsində inkişafını təmin etməkdir. Bunun yolu gənclərimizi bu cür yarışmalar vasitəsilə bu sahələrə yönəltmək və texnologiya sahəsinə sərmayə qoymaqdan keçir", - deyə M. Varank əlavə edib.

Qeyd edək ki, 27 aprel-1 may tarixlərində İstanbul Atatürk Hava Limanında Aviasiya kosmik və Texnologiya festivalı-TEKNOFEST keçiriləcək.

102 kateqoriya üzrə 41 əsas müsabiqə keçiriləcək festivalda 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək veriləcək.

Türkiyənin Baykar şirkətinin yerli və milli imkanlarla istehsal etdiyi KIZILELMA və AKINCI PUA-ları TEKNOFEST-də nümayiş üçün 25 aprel tarixində İstanbul Atatürk Hava Limanına eniş edib.

Bundan əlavə, Türkiyənin Baykar şirkətinin istehsal etdiyi KEMANKEŞ raketi ilk dəfə TEKNOFEST-də Atatürk Hava limanında nümayiş etdirilib.

Ləman Əsədli

lamanasadli01