Bakı, TurkicWorld:
Türkiyənin Aviasiya kosmik və Texnologiya festivalı-TEKNOFEST-i Özbəkistanda da keçirməyi planlayırıq, TurkicWorld xəbər verir ki, bu sözləri Baykar şirkətinin texniki direktoru və TEKNOFEST İdarə heyətinin sədri Selçuk Bayraktar bildirib.
Qeyd edək ki, 27 aprel-1 may tarixlərində İstanbul Atatürk Hava Limanında Aviasiya kosmik və Texnologiya festivalı-TEKNOFEST keçiriləcək.
102 kateqoriya üzrə 41 əsas müsabiqə keçiriləcək festivalda 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək veriləcək.
Türkiyənin Baykar şirkətinin yerli və milli imkanlarla istehsal etdiyi KIZILELMA və AKINCI PUA-ları TEKNOFEST-də nümayiş üçün 25 aprel tarixində İstanbul Atatürk Hava Limanına eniş edib.
Bundan əlavə, Türkiyənin Baykar şirkətinin istehsal etdiyi KEMANKEŞ raketi ilk dəfə TEKNOFEST-də Atatürk Hava limanında nümayiş etdirilib.