Bakı, TurkicWorld:
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin dabaq xəstəliyi ilə bağlı heyvanların hərəkətinin məhdudlaşdırılması qərarının müddəti aprelin 28-də başa çatır.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, dabaq xəstəliyinə Türkiyədə ilk dəfə fevral ayının 3-də yoluxma faktı qeydə alınıb. Virusun yayıldığı müəssisələrdə karantin daxil olmaqla bütün tədbirlər görülüb.
İraqda dabaq xəstəliyinin yayılmasından sonra Avropa dabaq xəstəliyi ilə Mübarizə Komissiyasının koordinasiyası ilə Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinə virusun aşkar edilməsi üçün fərqli nümunələr göndərilib.







