Türkiyənin Qabar dağında neft quyusu qazılıb - Süleyman Soylu

Türkiyənin Qabar dağında neft quyusu qazılıb - Süleyman Soylu

Bakı, TurkicWorld:

Türkiyənin Qabar dağında neft quyusu qazılıb. TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

"Keçmişdə terrorçuların olduğu Qabar dağından artıq neft çıxarılacaq. Gündə 8900 barel neft hasil edən quyunun adı Qabar-1-dir", - deyə nazir əlavə edib.

Məlumat üçün qeyd edək ki, Süleyman Soylu daha öncə "29 aprel 2023-cü il tarixinə qədər Türkiyə dağlarında terrorçu" qalmayacaq açıqlamasını verib.