Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Hulusi Akar TCG Anadolu Kızılelma Kayseri İMECE

Türkiyənin Kayseri şəhərində Rəqəmsal Ekran Mərkəzi açılıb

Bakı. TurkicWorld:

Türkiyənin Kayseri şəhərində Rəqəmsal Ekran Mərkəzi açılıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Milli Müdafiə Nazirliyinin Kayseridə qurulan Rəqəmsal Ekran Mərkəzinin açılışında iştirak edib.

“Bu mərkəz Türk əsgərinin qəhrəmanlığını göstərmək baxımından, eləcə də sahib olduğu qabaqcıl texnologiya silah və sursatları baxımından əhəmiyyətlidir” – deyə Hulusi Akar qeyd edib.

Nazir çıxışı zamanı, TCG Anadolu, İMECE, KIZILELMA, Türkiyə Silahlı Qüvvələrinin istifadə etdiyi və inkişaf etdirdiyi yerli və milli silahlar, cihaz və sistemlər üçölçülü məzmunu və texnoloji imkanları haqqında da danışıb.

"Müdafiə sənayesindəki qərarlı və qətiyyətli səylərimiz çox daha əhəmiyyətli nəticələr verəcək. Bu, təkcə bizim üçün deyil, bütün dost və qardaş ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Artıq bu məsələlərdə heç bir maneə tanımırıq" – deyə o qeyd edib.

TSK əməkdaşlarının da silah və texnikanın təbliği ilə məşğul olduğu mərkəzdə nazirliyin missiya və vizyonunun xüsusilə gənc nəsillərə çatdırılması hədəflənib.

Mövzuya görə xəbərlər