Bakı, TurkicWorld:
Türkiyənin Şırnak vilayətində yanacaq dolu tankerlə furqonun toqquşması nəticəsində iki nəfər həyatını itirib, dörd nəfər yaralanıb.
TurkicWorld xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürən maşını, jandarma və təcili tibbi yardım qrupları cəlb edilib.
Məlumata əsasən, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib.







