Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan təbii qaz

Qara dəniz qazı vətəndaşlar üçün bir il müddətində pulsuz olacaq - Ərdoğan

Bakı. TurkicWorld:

Qara dəniz qazı vətəndaşlar üçün bir il müddətində pulsuz olacaq.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Filyosda Qara dəniz təbii qazının istismara verilməsi mərasimində çıxış edərkən qeyd edib.

“Yaşayış yerlərində qazı bir ay müddətində pulsuz istifadə edəcəyik. Bir il müddətində isə mətbəx və su üçün istifadə edilən təbii qaz pulsuz olacaq” – deyə o qeyd edib.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və yaxın zamanda bu qaz türk xalqının ixtiyarında olacaq.

Aprelin 19-da Türkiyənin Qaradəniz təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib.

Bundan əlavə, Qara dəniz qazı əhaliyə verildikdən sonra 25 kubmetrinin ödənişi dövlət tərəfindən qarşılanacaq.

Mövzuya görə xəbərlər