Bakı. TurkicWorld:
Türkiyənin Adana şəhərində yerləşən Çukurova vilayətində Ədalət və İnkişaf Partiyasının (AKP) binasına silahlı hücum olub.
TurkicWorld-un məlumatına görə, bu haqda AKP Adana sədri Mehmet Ay bildirib.
"Bir nəfər şübhəli şəxs tərəfindən rayon binamıza 12 atəş açıldığı barədə məlumat aldıq. Biz hər cür zorakılığın əleyhinəyik. Bütün təşkilatımıza və partiyamıza keçmiş olsun" – deyə o qeyd edib.
Qeyd edək ki, hücumdan sonra hərəkətə keçən polis şübhəli şəxsi zərərsizləşdirib.
“Hücum zamanı binada heç kimin olmadığı öyrənilsə də, istintaq davam edir” – deyə Ay bildirib.
Məlumat üçün qeyd edək ki, silahlı şəxsin 12 dəfə atəş açdığı Adanada AK Partiya Çukurova İlçe Başkanlığı binası zəlzələnin vurduğu ziyana görə daha əvvəl boşaldılıb.
Təcavüzkarın ov tüfəngi ilə atəş açdığı binanın pəncərələrində və tavanında ov tüfəngi dəliklərinin əmələ gəldiyi görülüb. Polis bölməsinə aparılan şübhəlinin istintaqının davam etdiyi də bildirilib.






