Son dəqiqə

Türkiyə Raşid Qannuşi Tunis

Türkiyə XİN Tunisin müxalifət lideri Raşid Qannuşinin həbsi ilə bağlı açıqlama verib

Bakı, TurkicWorld:

Türkiyə Xarici İşlər Nazirliyi Tunisin müxalifətdə olan “Ennahda” hərəkatının lideri Raşid Qannuşinin həbsi ilə bağlı açıqlama verib.

TurkicWorld xəbər verir ki, nazirlik öz açıqlamasında dost və qardaş Tunisin sülh, firavanlıq və rifahına dəstək olmaqda davam edəcəklərini bildirib.

"Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən siyasətçilərə qarşı yönələn bu cür tədbirlər Tunisin sosial rifahına heç bir fayda verməyəcək. Biz inanırıq ki, Tunisdə demokratik keçid prosesi cəmiyyətin bütün təbəqələrini əhatə edən geniş konsensus əsasında həyata keçirilə bilsə, uğurlu ola bilər", - deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, iyulun 25-də Tunis Məclisində təmsil olunan bütün siyasi partiyalara qarşı etiraz aksiyaları keçirilmişdi. Baş verən hadisələr zamanı Nahda Hərəkatı başda olmaqla siyasi partiyaların mərkəzi qərargahlarına hücumlar edilmişdi.

Yaşanan hadisələrdən sonra Tunis prezidenti Kays Said Məclisin bütün faləiyyətlərini dayandırdığını və Baş naziri vəzifədən kənarlaşdırdığını açıqlamışdı.

Raşid Qannuşi aprelin 18-də prokurorluqda davam edən 48 saatın ardından aprelin 20-də həbs edilib.

Mövzuya görə xəbərlər