CHP FETÖ-nun ikinci paralel strukturunu yaratmağa çalışır- Süleyman Soylu

CHP FETÖ-nun ikinci paralel strukturunu yaratmağa çalışır- Süleyman Soylu

Bakı, TurkicWorld:

Türkiyənin müxalifətdə olan Cumhuriyyət Xalq Partiyası FETÖ terror təşkilatının ikinci paralel strukturunu yaratmağa çalışır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

“CHP-nin qurduğu sistem aşkar edilib. Sistemin bir çox üzvlərini ələ keçirmişik. Bu işlərin başında CHP-nin İzmir millət vəkili namizədi Bakan Murat var”, - deyə S.Soylu əlavə edib.

Məlumat üçün qeyd edək ki, 2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilən çevriliş cəhdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə meydanları dolduran vətəndaşların dəstəyi ilə aradan qaldırıldı.

Çevrilişin rəhbəri kimi uzun illərdir ABŞ-da yaşayan və din xadimi kimi tanıdılan Fətullah Gülən və tərafdarının adı çəkilir.