Türkiyə Ali Seçki Şurası millət vəkili namizədlərinin son siyahısını açıqlayıb

Türkiyə Ali Seçki Şurası millət vəkili namizədlərinin son siyahısını açıqlayıb

Bakı, TurkicWorld:

Türkiyə Ali Seçki Şurası (YSK) millət vəkili namizədlərinin son siyahısını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Ədalət Birlik Partiyası 47, Ədalət Partiyası 67, Ədalət və İnkişaf Partiyası 87, Ana Vətən Partiyası 63, BBP 87, CHP 80, Gənc Partiya 72, İqtidar Birliyi Partiyası 59, Haqq və Azadlıq Partiyası 87, Xalq Qurtuluş Partiyası 87, İYİ Partiya, Memleket Partiyası 87, Millət Partiyası 87, MHP 87, Milli Yol Partiyası 49, Sol Partiya 87, Türkiyə İşçi Partiyası 54, Türkiyə Kommunist Hərəkatı 87, Türkiyə Kommunist Partiyası 87, Vətən Partiyası 87, Yenidən Rifah Partiyası 87, Yenilik Partiyası 74, Yaşıl və Sol Gələcək Partiyası 87, Zəfər Partiyası isə 75 seçki dairəsində seçkilərə qatılacaq.

Məlumata əsasən, Türkiyədə ümumilikdə 151 millət vəkili namizədi var.

Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.