Bakı, TurkicWorld:
Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində ümumilikdə 64 milyon 113 min 941 nəfər səsvermədə iştirak edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener bildirib.
Məlumata əsasən, Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.
Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49.40 faiz təşkil edir.
İlk dəfə səsvermədə iştirak edəcək vətəndaşların sayı isə 4 milyon 904 min 672 nəfərdir.
Bundan əlavə, 973 vilayət və 1094 dairə seçki komissiyasında ümumilikdə 191 884 seçki qutusu komissiyası yaradılacaq.
Ahmet Yener bildirib ki, xaricdə 3 milyon 416 min 98 nəfər səsvermədə iştirak edəcək.
“Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayımızın 46,70 faizinə bərabərdir. Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir”, - deyə o əlavə edir.
Məlumat üçün qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.
Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.