Son dəqiqə

Türkiyə Türkiyə Jandarma Baş Komandanlığı

"Gyrocopter" təyyarəsi Türkiyə jandarmasının inventarına qoşulub

Bakı.TurkicWorld:

"Gyrocopter" təyyarəsi Türkiyə Jandarma Baş Komandanlığının inventarına qoşulub.

TurkicWorld-un məlumatına görə, bu barədə Komandanlığın rəsmi twitter hesabında paylaşım edilib.

"Yeni əlavə edilən Gyrocopter təyyarəmizlə gücümüzə güc qatmağa davam edirik", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, "Gyrocopter" adlanan bu təyyarə 1920-ci illərdə Xuan de la Cierva adlı ispan mühəndisi tərəfindən hazırlanmağa başlanıb.

Hazırlanan ilk nümunələrdə rotorları dinamik şəkildə idarə etmək qabiliyyəti olmayıb, Xuan 1922-ci ildə hazırladığı prototipdə rotorlara sərbəst hərəkət etmək (Free-Flap) imkanı verib. Beləliklə, Xuan girokopterin fırlanma sabitliyi və rotorun idarə edilməsi problemlərini həll edib. 1922-ci ildə Juan tərəfindən hazırlanmış sistem indiki girokopterlərdə və vertolyotlarda eyni məntiqlə istifadə olunur.

Girokopter mühərriklə təchiz olunub, onun rotoru mühərrikdən asılı olmayaraq fırlana bilir və onun maksimal yük qaldırma qabiliyyəti 600 kq-dır.

Mövzuya görə xəbərlər