Bakı, TurkicWorld:
Türkiyə Sərvət Fondu ilə Ətraf Mühit, Şəhərsalma və İqlim Nazirliyinin koordinasiyası nəticəsində tamamlanan İstanbul Maliyyə Mərkəzinin bu gün ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçiriləcək.
TurkicWorld xəbər verir ki, 1,3 milyon kvadrat metr ofis sahəsi, 100 min kvadratmetr ticarət mərkəzi, 2 min 100 nəfərlik konqres mərkəzi, beş ulduzlu oteli olan layihənin banklar mərhələsinin tamamlanması ilə Türkiyədən və xaricdən əhəmiyyətli bank və maliyyə qurumlarının İstanbul Maliyyə Mərkəzinə cəlb ediləcəyi gözlənilir.
Qeyd edək ki, İstanbul Maliyyə Mərkəzi layihəsi 2012-ci ildə sığorta şirkətlərindən banklara qədər müxtəlif qurumların tək bir mərkəzdə cəmlənməsi məqsədi ilə yaradılıb.







