Aprelin sonuna qədər Türkiyə dağlarında terrorçu qalmayacaq- Türkiyəli nazir

Aprelin sonuna qədər Türkiyə dağlarında terrorçu qalmayacaq- Türkiyəli nazir

Bakı, TurkicWorld:

29 aprel 2023-cü il tarixinə qədər Türkiyə dağlarında terrorçu qalmayacaq, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

“Türkiyənin Kato dağının bir çox yerində baza əraziləri qurulub. İndi Kato və Cudi dağında bir nəfər də olsun terrorçu qalmayıb. Terrorçulardan təmizlənən Qabar dağında artıq neft hasil edilir. Terrorçuların zərərsizləşdirilməsində Pilotsuz Uçuş Aparatlarının böyük rolu var”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, nazir bundan əvvəl PKK terror təşkilatını ölkədən tamamilə təmizlədiklərini bildirmişdi.

Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.