Son dəqiqə

Türkiyə İMECE

Türkiyənin ilk yerli müşahidə peyki İMECE bu gün kosmosa göndəriləcək

Bakı, TurkicWorld

Türkiyənin ilk yerli müşahidə peyki İMECE bu gün Türkiyə vaxtı ilə saat 09:47-də kosmosa göndəriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə IMECE peykini orbitə daşıyacaq Falcon 9 raketinin işindən məsul olan Amerikanın SpaceX şirkəti bildirib.

Məlumat üçün qeyd edək ki, IMECE peyki fevralın 21-də ABŞ-dakı Vandenberq Kosmik Qüvvələri bazasına göndərilib.

Türkiyənin Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Rəhbərliyinin koordinasiyası ilə həyata keçirilən layihənin orbitə göndərilməsi prosesi tamamlandıqdan sonra Türkiyənin Hərbi Hava qüvvələrinin inventarına daxil ediləcək.

İMECE peykinin dünən kosmosa göndərilməsi planlaşdırılsa da hava şəraiti ilə bağlı orbitə göndərilmə prosesinə 28 saniyə qalmış təxirə salındı.

Mövzuya görə xəbərlər