Türkiyənin ilk yerli müşahidə peyki İMECE-nin kosmosa göndərilməsi yenidən təxirə salındı

Türkiyənin ilk yerli müşahidə peyki İMECE-nin kosmosa göndərilməsi yenidən təxirə salındı

Bakı,TurkicWorld:

Türkiyənin ilk yerli müşahidə peyki İMECE-nin kosmosa göndərilməsi prosesi hava şəraiti ilə bağlı yenidən təxirə salındı.

TurkicWorld xəbər verir ki, kosmosa göndərmə prosesi Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) Ankaradakı Yer izləmə stansiyasında sənaye və texnologiya naziri Mustafa Varank, Prezidentin Strategiya və Büdcə departamentinin rəhbəri İbrahim Şenel, Müdafiə Sənayesi rəhbəri İsmail Demir, Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç və TÜBİTAK prezidenti Hasan Mandalın iştirakı ilə keçirilməli idi.

IMECE peyki fevralın 21-də ABŞ-dakı Vandenberq Kosmik Qüvvələri bazasına göndərilib.

Türkiyənin Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Rəhbərliyinin koordinasiyası ilə həyata keçirilən layihənin orbitə göndərilməsi prosesi tamamlandıqdan sonra Türkiyənin Hərbi Hava qüvvələrinin inventarına daxil ediləcək.

Qeyd edək ki, bundan əvvəl İMECE peykinin kosmosa göndərilməsi prosesi 11 aprel tarixinə nəzərdə tutulsa da, daha sonra təxirə salınmışdı.