Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Hulusi Akar İMECE

Məqsədimiz kosmik texnologiyalar sahəsində qabaqcıl ölkələrdən biri olmaqdır – Hulusi Akar

Bakı, TurkicWorld:

Məqsədimiz kosmik texnologiyalar sahəsində qabaqcıl ölkələrdən biri olmaqdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin ilk yerli müşahidə peyki İMECE-nin kosmosa göndərilməsi ilə bağlı keçirilən tədbirdə bildirib.

"Manevrləri və inkişaf etmiş sistem xüsusiyyəti ilə İMECE Türkiyənin kosmosdakı gücünə güc qatacaq", - deyə nazir əlavə edib.

O, həmçinin, peykin hazırlanmasında iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Türkiyənin ilk yerli müşahidə peyki İMECE-nin kosmosa göndərilməsi prosesi hava şəraiti ilə bağlı yenidən təxirə salınıb.

IMECE peyki fevralın 21-də ABŞ-dakı Vandenberq Kosmik Qüvvələri bazasına göndərilib.
Türkiyənin Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Rəhbərliyinin koordinasiyası ilə həyata keçirilən layihənin orbitə göndərilməsi prosesi tamamlandıqdan sonra Türkiyənin Hərbi Hava qüvvələrinin inventarına daxil ediləcək.

Məlumat üçün bildirək ki, bundan əvvəl də İMECE peykinin kosmosa göndərilməsi prosesi 11 aprel tarixinə nəzərdə tutulsa da, daha sonra təxirə salınmışdı.

Mövzuya görə xəbərlər