İMECE sayəsində dünyanın istənilən yerindən görüntü əldə edəcəyik – Türkiyəli Nazir

İMECE sayəsində dünyanın istənilən yerindən görüntü əldə edəcəyik – Türkiyəli Nazir

Bakı, TurkicWorld

İMECE sayəsində dünyanın istənilən yerindən görüntü əldə edəcəyik, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

“İMECE peykində istifadə etdiyimiz bütün texnologiyaların kosmosda işlədiyini sübut edəcəyik. Bu peyk sayəsində Milli Müdafiə Sənayesi başda olmaq üzrə ehtiyac duyduğumuz bütün görüntüləri əldə edə biləcəyik. Bu, ölkəmiz üçün müdafiə sahəsində mühüm irəliləyişdir”, - deyə nazir bildirib.

Məlumat üçün bildirək ki, Türkiyənin ilk yerli müşahidə peyki İMECE bu gün Bakı vaxtı ilə, 10:48-də kosmosa göndəriləcək.

Kosmosa göndərmə prosesi Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) Ankaradakı Yer izləmə stansiyasında sənaye və texnologiya naziri Mustafa Varank, Prezidentin Strategiya və Büdcə departamentinin rəhbəri İbrahim Şenel, Müdafiə Sənayesi rəhbəri İsmail Demir, Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç və TÜBİTAK prezidenti Hasan Mandalın iştirakı ilə keçiriləcək.

IMECE peyki fevralın 21-də ABŞ-dakı Vandenberq Kosmik Qüvvələri bazasına göndərilib.

Türkiyənin Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Rəhbərliyinin koordinasiyası ilə həyata keçirilən layihənin orbitə göndərilməsi prosesi tamamlandıqdan sonra Türkiyənin Hərbi Hava qüvvələrinin inventarına daxil ediləcək.

Qeyd edək ki, əvvəl İMECE peykinin kosmosa göndərilməsi prosesi 11 –aprel tarixinə nəzərdə tutulsa da, daha sonra təxirə salınmlışdı.