Türkiyə kosmosa eyni anda dörd müşahidə peyki göndərəcək – Nazir

Türkiyə kosmosa eyni anda dörd müşahidə peyki göndərəcək – Nazir

Bakı, TurkicWorld:

Türkiyə sabah kosmosa eyni anda dörd müşahidə peyki göndərəcək, TurkicWorld-un məlumatına görə, bu sözləri ölkənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

“İlk yerli və milli müşahidə peyki olan İMECE ilə dünyanın hər yerindən istədiyimiz görüntünü əldə edə biləcəyik. İMECE-nin elektro-optik kamerasından tutmuş günəş detektoruna qədər bir çox avadanlığı türk mühəndisləri tərəfindən istehsal edilib”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, bu addımdan sonra Türkiyə kosmos sahəsində daha bir mühim bariyeri keçmiş olacaq.

"İMECE müdafiə sənayesi, təbii fəlakətlərin idarə olunması, ətraf mühit və şəhərsalma, kənd təsərrüfatı və meşəçilik kimi sahələrə xidmət etməklə yanaşı, həm də türk ordusunun kosmosdakı gözü olacaq", - deyə nazir qeyd edib.

M. Varank bildirib ki, son zamanlarda Türkiyənin əldə etdiyi nailiyyətlər inkişaf edən kadr potensialının mühüm göstəricisidir.

Ləman Əsədli

Twitter: lamanasadli01