Bakı, TurkicWorld:
Türkiyənin Malatya vilayətindən Kayseri vilayətinə qayıdan avtobus aşıb, nəticədə üç nəfər ölüb,19 nəfər yaralanıb.
TurkicWorld AzerPress-ə istinadən məlumat verir ki, hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürən qrupları cəlb edilib.
Yaralılar təcili tibbi yardım maşınları ilə Kayseri, Pınarbaşı və Sarız xəstəxanalarına çatdırılıb.
Məlumata əsasən, faktla bağlı araşdırma aparılır.