Ukraynadakı müharibə miqrasiya tələbini kritik həddə çatdırır - Çavuşoğlu

Ukraynadakı müharibə miqrasiya tələbini kritik həddə çatdırır - Çavuşoğlu

Bakı. TurkicWorld:

Ukraynadakı müharibə miqrasiya tələbini kritik həddə çatdırır.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının (BMT) ABŞ-ın Nyu-York şəhərindəki mənzil qərargahında keçirilən və beynəlxalq miqrasiya məsələlərinin müzakirə edildiyi “Beynəlxalq Miqrasiya Dialoqu Toplantısı”nda qida böhranına toxunarkən deyib.

"BMT ilə Qara dəniz taxıl təşəbbüsü çərçivəsində bütün dünyada hər evə köməklik göstərilir və biz bunun effektiv həyata keçirilməsini təmin etmək üçün səylərimizi davam etdirəcəyik. Türkiyə enerji xabı olaraq, ölkə hüdudlarından kənarda da enerji sabitliyinə töhfə verir", - deyə Çavuşoğlu bildirib.

Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Məlumat üçün qeyd edək ki, Rusiya ordusunun 12 mindən çox əsgəri öldürülüb, ruslara məxsus 48 təyyarə, 80 helikopter, 303 tank, 1036 zirehli texnika, 120 top, 56 reaktiv yaylım atəşi sistemi və 27 hava hücumundan müdafiə sistemi məhv edilib. Rusiya qüvvələri həmçinin 474 texnika, 3 yüngül sürətli qayıq, 60 yanacaq daşıyan maşın və 7 pilotsuz uçuş aparatını (PUA) itirib.