Bakı, TurkicWorld:
Şanlıurfada PKK terror təşkilatının 24 üzvü saxlanılıb.
TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, Şanlıurfa Polisi tərəfindən keçirilən anti-terror əməliyyatı çərçivəsində 24 şübhəli ələ keçirilib.
Məlumata əsasən, Türkiyənin Halkların Demokratik Partiyasının (HDP) Suruç şəhəri həmsədri Yaşar Gündüzalp və Demokratik Bölgeler Partiyasının (DBP) Suruç şəhəri üzrə sədri Rojda Binici də daxil olmaqla, 23 şübhəlinin həbsinə qərar verilib, bir nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Əməliyyatın detalları haqqında geniş məlumat verilməyib.
Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.