TDT-yə üzv dövlətlər Türkiyəyə dəstək verdilər - Ərdoğan

TDT-yə üzv dövlətlər Türkiyəyə dəstək verdilər - Ərdoğan

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələrin zəlzələ fəsadlarının aradan qaldırılmasında dəstəyini gördük.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"TDT-nin Fövqəladə Zirvəsini də Ankarada keçirdik və Mülki Müdafiə Mexanizminin yaradılmasına dair qərar aldıq. Başda Azərbaycan olmaqla, Qırğızıstan, Qazaxıstan, Türkmənistan buraya gələrək aparılan işləri izlədilər", - deyə Türkiyə Prezidenti bildirib.