Balıkəsir Universitetinin rektoru təhsil müəssisəsinin araşdırma və tətbiq mərkəzlərinin rəhbərləri ilə görüşüb

Balıkəsir Universitetinin rektoru təhsil müəssisəsinin araşdırma və tətbiq mərkəzlərinin rəhbərləri ilə görüşüb

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkəsir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu Balıkəsir Universitetində fəaliyyət göstərən araşdırma və tətbiq mərkəzlərinin rəhbərləri ilə görüşüb.

Məlumata görə, görüş çərçivəsində Mehmet Akif Ersoy Mərkəz Kitabxanasının 15 İyul Şəhidləri Konfrans Salonunda keçirilən yığıncaqda Universitet daxilində fəaliyyət göstərən 27 araşdırma və tətbiq mərkəzinin işi və yeni dövr hədəfləri müzakirə edilib.

Görüşdə rektoru universitetin prorektorları Prof. Dr. Cevdet Avcıkurt, Prof. Dr. Murat Doğdubay və Prof. Dr. Fatih Satıl müşayiət edib.

Müxtəlif sahələrdə tətbiq və araşdırmalar həyata keçirən mərkəzlərin universitet və cəmiyyət üçün akademik zənginlik olduğunu vurğulayan rektor Oğurlu mərkəz rəhbərlərinə yeni dövr işlərində uğurlar arzulayıb.

İclasda söz alan elmi-tədqiqat və tətbiq mərkəzlərinin direktorları və müdir köməkçiləri də öz fəaliyyət sahələrində fəaliyyətləri barədə məlumatları universitetin rəhbər heyəti ilə bölüşüblər.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyənin Balıkesir universiteti arasında rəsmi media tərəfdaşlığı 2023-cü ilin yanvar ayının 23-də imzalanıb.