Türk vətəndaşları 70-dən çox ölkədə prezident seçkilərində səs verəcək – Türkiyə Ali Seçki Şurasının rəhbəri

Türk vətəndaşları 70-dən çox ölkədə prezident seçkilərində səs verəcək – Türkiyə Ali Seçki Şurasının rəhbəri

Bakı, TurkicWorld:

Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində türk vətəndaşları 15 yeni ölkədə səs verəcəklər.

TurkicWorld-un məlumatına görə, bu barədə AzerPress-ə Türkiyənin Ali Seçki Şurasının (YSK) rəhbəri Ahmet Yener bildirib.

Məlumata əsasən, Türkiyə vətəndaşlarının bu il Əfqanıstan, Belarus, Braziliya, Estoniya, Mərakeş, Monteneqro, Cənubi Koreya, Liviya, Litva, Malayziya, Nigeriya, Pakistan, Portuqaliya, Slovakiya və Tanzaniyada da səs verə biləcəkləri bildirilir.

Qeyd edək ki, ölkə vətəndaşları ümumilikdə 75 ölkə və 156 seçki dairəsində səs vermə prosesində iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, , Türkiyədə Prezident seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Keçiriləcək prezident seçkilərinə Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Eski Genç Partiyanın rəhbəri Cem Uzan, Vatan Partiyasının rəhbəri və 2018-ci il seçimlərində Vatan Partiyasının rəhbər namizədi Doğu Perinçek, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Eski Milliyetçi Hareket Partiyasının millət vəkili Sinan Oğan, həkim və siyasətçi Serdar Savaş, Kamal Kılıçdaroğlu, Yeniden Rifah Partiyasının rəhbəri Fatih Erbakan, Türkiyənin Texnoloji İnkişaf Partiyasının (TEK Parti) rəhbəri Ahmet Özal namizədliyini irəli sürüb.