Bakı, TurkicWorld:
Konqres turizminin mərkəzi yerlərindən biri olan Türkiyənin İstanbul şəhəri 25-30 aprel tarixlərində Dünya Xor Musiqisi Simpoziumuna ev sahibliyi edəcək.
TurkicWorld-un məlumatına görə, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi edəcəyi simpoziumda dünyanın ən yaxşı xor kollektivləri və ekspertləri bir araya gələcək.
25-30 aprel tarixləri arasında baş tutacaq simpozium həm də pandemiyadan sonra dünya miqyasında keçirilən ilk xor toplantısı olma xüsusiyyətinə malikdir. Konqres turizmində (MICE) dünyanın qabaqcıl şəhərlərindən biri olan İstanbul, özünəməxsus məkanları və yerləşdirmə imkanları ilə hər il bir çox konqres və toplantılara ev sahibliyi edir.
Qeyd edək ki, simpozium zamanı İstanbulda 5 qitəni təmsil edən 28 fərqli ölkədən 50-dən çox məruzəçi, 1000-dən çox sənətçi və 2000-dən çox iştirakçı bir araya gələcək.







