Bakı, TurkicWorld:
Türkiyənin Şanlıurfa vilayətində güclü yağış nəticəsində sel hadisəsi baş verib.
TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, Eyyübiye Təhsil və Araşdırma Xəstəxanası su altında qalıb, 25 nəfər digər xəstəxanlara təxliyyə edilib.
Məlumata əsasən, Şanlıurfa qubernatoru Salih Ayhan leysanın davam edəcəyi səbəbindən məktəblərdə tədrisin dayandırıldığını bildirib.
“İndiyə qədər Şanlıurfa Böyükşəhər Bələdiyyəsi Su və Kanalizasiya İdarəsinə gələn mindən çox müraciətin 300-ü həll edilib, qalanı isə sabaha qədər həll ediləcək”, - deyə o bildirib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində 4 nəfər həyatını itirib.