Son dəqiqə

Türkiyə TOGG Türkiyənin Sənaye və Texnologiya naziri

Türkiyənin ilk yerli avtomobili TOGG-un satışı bu həftə başlayacaq

Bakı, TurkicWorld:

Türkiyənin ilk yerli avtomobili TOGG-un satışı bu həftə başlayacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə AzerPress-ə Türkiyənin Sənaye və Texnologiya nazirinin müavini Mehmet Fatih Kaçır bildirib.

“Togg təkcə dünyanın ən uğurlu elektrik avtomobil markalarından biri deyil, həm də bir çox texnologiya təşəbbüslərinin yaranmasında mühüm rol oynayacaq. Togg-un proqram təminatı Türkiyənin milli şirkətləri tərəfindən yazılıb”, - deyə o bildirib.

Kaçır bildirib ki, məqsəd 2030-cu ilə qədər bir milyon avtomobil istehsal etməkdir.

“Togg-un elektrik doldurma stansiyası olan Trugo-nu ölkə daxilində yaymaq üçün Türkiyə Palatalar və Birjalar Birliyinə üzv olan müəssisələr yer təmin edəcək”, - deyə o bildirib.

Mövzuya görə xəbərlər