Səudiyyə Ərəbistanı Türkiyə Mərkəzi Bankına beş milyard dollarlıq yatırım edəcək

Səudiyyə Ərəbistanı Türkiyə Mərkəzi Bankına beş milyard dollarlıq yatırım edəcək

Bakı,TurkicWorld:

Səudiyyə Ərəbistanı Türkiyə Mərkəzi Bankına 5 milyard dollarlıq yatırım edəcək.

TurkicWorld AzerPress-ə istinadən xəbər verir ki, məlumatına görə, bu barədə razılaşma Səudiyyə Ərəbistanının turizm naziri və İnkişaf Fondunun İdarə Heyətinin sədri Əhməd Əl Xatib ilə Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlunun görüşü zamanı əldə edilib.

"Yatırım təkcə Səudiyyə Ərəbistanı Krallığı ilə Türkiyə Respublikası arasında sıx əməkdaşlıq və tarixi əlaqələrin sübutu deyil, həm də Səudiyyə Ərəbistanının Türkiyənin güclənmə səylərinin dəstəkləməsinin göstəricisidir",- deyə Əhməd Əl Xatib qeyd edib.

Səudiyyə Ərəbistanının İnkişaf fondu vasitəsilə qoyulan investisiyanın məqsədi Türkiyənin müxtəlif sektorlarındakı iqtisadi problemləri həll etməkdir.