İnternetdə yayılan yalan xəbərlərə inanmayın - Baykar teknoloji

İnternetdə yayılan yalan xəbərlərə inanmayın - Baykar teknoloji

Bakı. TurkicWorld:

“Baykar” şirkəti sosial media səhifələrində və bəzi internet saytlarında fırıldaqçılıq cəhdləri ilə bağlı açıqlama yayıb.

TurkicWorld-ə şirkət tərəfindən verilən açıqlamanı təqdim edirik:

“Bir müddətdir sosial mediada və bəzi internet saytlarında Türkiyənin TPAO şirkəti adından istifadə edilən və Baykarın İdarə Heyətinin sədri Səlcuq Bayraktarın fotoşəkillərinin yer aldığı “investisiya imkanı”, “əlavə gəlir” kimi başlıqlarla paylaşılan elanlar açıq-aşkar saxtakarlıq cəhdidir.

TPAO tərəfindən də bu cəhdin saxtakarlıq və fırıldaqçılıq cəhdləri olduğu açıqlanıb. Biz bu dələduzluq fəaliyyətinə qarşı lazımi hüquqi prosesə başlamışıq və vətəndaşlarımıza zərər verməmək üçün bu və buna bənzər dələduzluq fəaliyyətlərinə diqqət edilməməsini xahiş edirik."

Twitter: @Daspina9