Yaxın zamanlarda Ərdoğan Türkiyənin kosmosa gedəcək namizədlərini açıqlayacaq - Varank

Yaxın zamanlarda Ərdoğan Türkiyənin kosmosa gedəcək namizədlərini açıqlayacaq - Varank

Bakı. TurkicWorld:

Yaxın zamanlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin kosmosa gedəcək namizədlərini açıqlayacaq. TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank bildirib.

O qeyd edib ki, kosmosa gedəcək namizədlər artıq müəyyənləşdirilib.

Bundan əlavə, Ərdoğan Türkiyə Kosmik Agentliyinin (TUA) həyata keçirəcəyi Milli Kosmos Proqramının 10 hədəfi olduğunu açıqlayıb

Bu hədəflər aşağıdakılardır:

• Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə sərt eniş üsulu ilə Ay ilə ilk təması etmək. 2028-ci ildə yumşaq eniş üsulu ilə Aya çatmaq.

• Gələcək nəsil peyklərin hazırlanması sahəsində dünya ilə rəqabət apara biləcək kommersiya brendi yaratmaq.

• Türkiyə üçün regional yerləşdirmə və zamanlama sisteminin hazırlanması.

• Kosmosa çıxışın yaradılması və bir kosmos limanı qurulması.

• Kosmos havası və ya meteorologiya olaraq təyin olunan sahəyə investisiya edərək Türkiyənin kosmosdakı səriştəsini artırmaq.

• Türkiyəni astronomik müşahidələr və yerdən kosmik cisimlərin izlənilməsi sahəsində daha səlahiyyətli ölkəyə çevirmək.

• Türkiyədə kosmik sənaye ekosistemini daha da inkişaf etdirmək.

• Kosmik Texnologiyaların İnkişafı Zonasının yaradılması.

• Kosmos sahəsində effektiv və bacarıqlı insan resurslarını inkişaf etdirmək.

• Türkiyə vətəndaşını kosmosa göndərmək.