Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi hazır geyim Türkiyənin hazır geyim ixracı

Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı xeyli artıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana hazır geyim məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz artaraq, 28 milyon 789 min 470 dollara bərabər olub.

Bu barədə TurkicWorld - ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin iyun ayında Azərbaycana hazır geyim məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıraraq, 3 milyon 689 min 920 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin iyun ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni ayı ilə müqayisədə 26,8 faiz artaraq 1 milyard 375 milyon 789 min dollar təşkil edib.

Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azalaraq 7 milyard 979 milyon 898 min dollara bərabər olub.

Bildirilib ki, son 12 ay ərzində (iyun 2025 – iyun 2026) Türkiyə ümumilikdə 16 milyard 628 milyon 114 min dollar dəyərində hazır geyim ixrac edib.

Mövzuya görə xəbərlər