Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı Türkiyə ixracat statistikası

Türkiyənin Azərbaycana sement ixracı iyunda 22 faiz artıb (ÖZƏL)

BAKI, TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədən Azərbaycana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq 21 milyon 436 min 73 ABŞ dolları təşkil edib.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən TurkicWorld-un sorğusuna cavab olaraq məlumat verilib.

Nazirliyin açıqlamasına əsasən, təkcə 2026-cı ilin iyun ayında Türkiyənin Azərbaycana sement ixracı illik müqayisədə 22,7 faiz artaraq 2 milyon 826 min 38 ABŞ dollarına yüksəlib. Bu göstərici iki ölkə arasında tikinti materialları ticarətində aylıq dinamikanın gücləndiyini göstərir.

Məlumata görə, 2026-cı ilin iyun ayında Türkiyənin ümumi sement məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 15 faiz artaraq 420 milyon 128 min ABŞ dollarına çatıb.

Eyni zamanda, cari ilin ilk altı ayında Türkiyənin qlobal sement məhsulları ixracı 2025-ci ilin analoji dövrü ilə müqayisədə 2,4 faiz artaraq 2 milyard 230 milyon 515 min ABŞ dolları olub.

Türkiyə Ticarət Nazirliyi bildirib ki, son 12 ay ərzində – 2025-ci ilin iyulundan 2026-cı ilin iyun ayınadək ölkənin sement məhsulları ixracının ümumi dəyəri 4 milyard 550 milyon 561 min ABŞ dolları təşkil edib.

Mövzuya görə xəbərlər