Son dəqiqə

Türkiyə İxracatçılar Məclisi polad polad istehsalı Türkiyə Polad İxracatçılar Birliyi Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyənin dünya bazarlarına polad satışı Türkiyə polad ixrac statistikası

Türkiyənin polad ixracının son göstəriciləri açıqlanıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin iyun ayında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 22,4 faiz artaraq 1 milyard 750 milyon 276 min dollar təşkil edib.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 8 milyard 384 milyon 208 min dollara bərabər olub.

Bildirilib ki, son 12 ay ərzində (iyun 2025 – iyun 2026) Türkiyə ümumilikdə 16 milyard 670 milyon 645 min dollar dəyərində polad məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər