Son dəqiqə

Mövlud Çavuşoğlu cinayət işi Türkiyə XİN Aydın Çavuşoğlu

Mövlud Çavuşoğlunun qardaşı silahlı hücuma məruz qalıb

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyənin Antalya vilayətinin Alanya şəhərində tanınmış sahibkarlardan biri silahlı hücuma məruz qalıb.

TurkicWorld xəbər verir ki,Türkiyə mətbuatının məlumatına görə, 52 yaşlı iş adamı Aydın Çavuşoğlu öz ofisində güllə yarası ilə ağır vəziyyətdə tapılıb və dərhal xəstəxanaya çatdırılıb. Onun reanimasiya şöbəsində müalicə aldığı bildirilir.

Hadisə ilə bağlı polis tərəfindən genişmiqyaslı araşdırma başladılıb, cinayət işi açılıb.

Məlumata əsasən, hadisə yerinə Antalya vilayətinin valisi Hulusi Şahin də gəlib.

Qeyd edək ki, Aydın Çavuşoğlu Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşıdır.

Mövzuya görə xəbərlər