Bakı. TurkicWorld:
Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 5-də işgüzar səfərlə Dəməşqə gəlib.
TurkicWorld-un məlumatına görə, bu barədə "TRT Haber" televiziya kanalı mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, burada nazir ikitərəfli danışıqlarda, eləcə də Suriya prezidenti Əhməd əl-Şara və Ukrayna prezidenti Volodomir Zelenski ilə görüşdə iştirak edəcək.
Türkiyə Xarici İşlər Nazirliyi Fidanın Suriyaya səfəri barədə məlumat versə də, Zelenski ilə danışıqları barədə ətraflı məlumat verməyib.







