Son dəqiqə

Türkiyə NATO İran

İrandan atılan raket məhv edildi - Türkiyə MN

BAKI,TurkicWorld

İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizindəki NATO qüvvələri tərəfindən zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.

Raketin bəzi parçaları Qaziantepdə boş əraziyə düşüb.

xxx

Burhanettin Duran bildirib ki, İran ərazisindən atılaraq Türkiyəyə doğru istiqamətləndiyi müəyyən edilən ballistik raket NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında müdaxilə edilərək zərərsizləşdirilib.

Duran açıqlamasında qeyd edib ki, raket Gaziantep şəhərinin Şahinbey rayonu səmasında məhv edilib və hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Onun sözlərinə görə, hadisə baş verən andan etibarən bütün dövlət qurumları prosesi yaxından izləyib və zəruri müdafiə və təhlükəsizlik tədbirləri dərhal həyata keçirilib.

Duran bildirib ki, bu çərçivədə başda Türkiyənin Milli Müdafiə Nazirliyi olmaqla bütün aidiyyəti qurumlar tam koordinasiya şəraitində fəaliyyət göstərir.

O vurğulayıb ki, Türkiyənin hava məkanının və sərhəd təhlükəsizliyinin qorunması məsələsində dövlətin iradəsi və imkanları ən yüksək səviyyədədir.

Duran əlavə edib ki, bölgədə gərginliyin daha da artmaması və münaqişənin daha geniş əraziyə yayılmaması böyük əhəmiyyət daşıyır.

O, xüsusilə İran başda olmaqla bütün tərəflərə regional təhlükəsizliyi risk altına alan və mülki şəxsləri təhlükəyə ata biləcək addımlardan çəkinmələri barədə xəbərdarlıqlarını bir daha güclü şəkildə təkrarladı.

Həmçinin vətəndaşlara və media qurumlarına yalnız rəsmi mənbələrə istinad etmələri, təsdiqlənməmiş və ictimaiyyətdə panika yarada biləcək dezinformasiya xarakterli məlumatlara qarşı diqqətli olmaları çağırışı edilib.

Qeyd edək ki, 4 mart tarixində də İrandan Türkiyəyə doğru ballistik raket hücumu olub. İrandan atılan və Türkiyənin hava məkanına yönələn ballistik raket NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Mövzuya görə xəbərlər