Son dəqiqə

İsrail İran ABŞ İsveçrə Donald Tramp Cey Di Vens Diplomatiya Razılaşma

Tramp İranla razılaşmanı yekunlaşdırmağa çalışır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Trump administrasiyasının İranla mümkün razılaşmanı sürətləndirməyə çalışdığı, lakin bölgədəki son hadisələrin bu prosesi çətinləşdirdiyi bildirilir.

TurkicWorld xəbər verir ki, gecə saatlarında ABŞ və İsrail arasında Livanın cənubunda yaranmış gərginliklə bağlı müzakirələr aparılıb. Məlumata görə, Vaşinqton bölgədə vəziyyətin yenidən pisləşməsindən narahatlığını ifadə edib və bunun İran nümayəndələrinin dərhal İsveçrəyə yollanmaması qərarına təsir göstərdiyi ehtimal olunur.

ABŞ-nin vitse-prezidenti Cey di Vens bildirib ki, Vaşinqton yalnız İran razılaşmanın şərtlərini yerinə yetirməyə başladıqdan sonra maliyyə mexanizmlərinin işə salınmasına dəstək verəcək.

Vens eyni zamanda İsraili də tənqid edib. O qeyd edib ki, İsrail İranla uzunmüddətli razılaşma əldə etməyə çalışan Tramp administrasiyasının səylərinə zərər verəcək addımlardan çəkinməlidir.

Vitse-prezident vurğulayıb ki, son aylarda İsrail ABŞ tərəfindən istehsal olunan və Amerika vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilən müdafiə sistemləri ilə qorunub. Onun sözlərinə görə, Tramp hazırda İsrailin ən yaxın tərəfdaşlarından biridir və buna görə də Təl-Əviv Vaşinqtonun diplomatik təşəbbüslərini zəiflətməməlidir.

Məlumata görə, ABŞ administrasiyası razılaşmanın yaxın iki ay ərzində yekunlaşmasını istəyir. Lakin İranla danışıqlar davam etdiyi müddətdə bu mövzu Tramp və Respublikaçılar Partiyasının digər nümayəndələri üçün gündəmdə qalacaq.

Mövzuya görə xəbərlər