BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyini ölkənin nüvə obyektlərini yoxlamağa dəvət etməsi ilə bağlı xəbərləri təkzib edib.
TurkicWorld xəbər verir ki, Bəqai ABŞ ilə imzalanmış anlaşma memorandumunda da qeyd olunduğu kimi, yekun razılaşma əldə olunana qədər İranın nüvə proqramında mövcud vəziyyətin qorunacağını bildirib.
Onun sözlərinə görə, Buşəhr nüvə elektrik stansiyası kimi əvvəllər yoxlamaların aparıldığı obyektlərdə nəzarət tədbirləri davam etdiriləcək.
Bəqai əlavə edib ki, müharibə səbəbindən Beynəlxalq Atom Enerjisi Agentliyinin girişinin dayandırıldığı digər obyektlərlə bağlı qərarlar isə danışıqların gedişi və nəticələrindən asılı olacaq.
İran rəsmisi vurğulayıb ki, bu məsələdə atılacaq növbəti addımlar diplomatik prosesin inkişafından asılıdır.







