BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper İran limanlarına qarşı tətbiq olunan dəniz blokadasında iştirak edən ABŞ hərbçilərinin fəaliyyətini yüksək qiymətləndirib.
TurkicWorld xəbər verir ki, admiral Bred Kuper iki ay davam edən əməliyyat zamanı iştirak edən təxminən 15 min hərbçiyə təşəkkürünü bildirib. Onun sözlərinə görə, qüvvələr blokadanın ciddi şəkildə icrasını təmin etməklə yanaşı, humanitar yardımların çatdırılmasına da dəstək göstəriblər.
Bred Kuper qeyd edib ki, ABŞ hərbçiləri qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadir olduqlarını nümayiş etdiriblər. O vurğulayıb ki, hərbi qulluqçular üçün öhdəsindən gəlinməyəcək heç bir vəzifə yoxdur.
ABŞ Mərkəzi Komandanlığı isə cümə axşamı yaydığı açıqlamada İran limanlarına daxil olan və limanlardan çıxan gəmilərə tətbiq edilən blokadanın dayandırıldığını elan edib.
Məlumata görə, blokada iki ay ərzində qüvvədə olub və bölgədəki təhlükəsizlik tədbirlərinin bir hissəsi kimi həyata keçirilib.







