BAKI, TurkicWorld
Türkiyənin Dənizli vilayətində güclü zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Halların İdarəolunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, 5,1 bal gücündə zəlzələnin episentri Buldan rayonunda yerləşib, hiposentri – yeraltı ocağı isə 10 km dərinlikdə qeydə alınıb.
Yeraltı təkanlar 09:21 radələrində (Bakı vaxtı ilə 10:21-də) baş verib və ölkənin cənub bölgəsindəki qonşu rayonlarda da hiss olunub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.





