BAKI, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hasan Suvarı özünə baş müşavir təyin edib.
TurkicWorld xəbər verir ki, bununla bağlı müvafiq qərar “Resmi Gazete”də dərc olunub.
Qərara əsasən, Hasan Suvar baş müşavir vəzifəsi ilə yanaşı, ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini kimi də fəaliyyət göstərəcək.
Bundan başqa, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Maltaya səfiri vəzifəsinə Barkın Kayaoğlunu, Papua–Yeni Qvineyaya səfiri vəzifəsinə isə Bilgin Özkanı təyin edib.






