Son dəqiqə

AFAD zəlzələ seysmik stansiya seysmik hadisələr Seysmik aktivlik zəlzələ fay xətti Türkiyədə zəlzələ 2025 Türkiyənin aktiv zəlzələ zonaları Zəlzələnin təsiri və nəticələri zəlzələ sonrası layihələr

Türkiyədə 4,1 və 4,2 bal gücündə zəlzələ baş verib

BAKI, TurkicWorld, Nailə Babazadə

Balıkesir şəhərinin Sındırgı rayonunda 4,1 və 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib.

Yeraltı təkanlar bu gün saat 11:34-də baş verib. Zəlzələnin yerin təxminən 10,73 və 6,91 kilometr dərinliyində baş verdiyi bildirilib.

Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.

Mövzuya görə xəbərlər