BAKI,TurkicWorld, Nailə Babazadə
Çanakkale şəhərinin Ayvacık rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib.
Yeraltı təkanlar bu gün saat 15:28-də baş verib. Zəlzələnin yerin təxminən 17,49 kilometr dərinliyində baş verdiyi bildirilib.
Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.


